Gəncə şəhəri
information
description
Gəncə
Azərbaycanın ərazisinin böyüklüyünə görə Bakıdan sonra ikinci böyük şəhəri. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir. Şəhər Azərbaycanın Qərbinin paytaxtı hesab edilir.
Ərazisi 110 km², əhalisinin sayı 328.4 min nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2985 nəfər/km² təşkil edir.Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.
Etimologiyası
Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim ("Chanza" - ərəb dilində "Ganca" – gürcü dilində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir. Bütün bu nəticələr elmi cəhətdən əsassızdır. Şərhçinin sözlərinə əsaslansaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbəyə əsaslanaraq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlamış və təsdiq etmişlər ki, həqiqətən də Gəncə adını tayfanın adından götürmüşdür.
Yorum ekle