Qezvin
description
Qəzvin İranın şəhərlərindən biridir. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şapur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir.
IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş mühüm şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir.
Yorum ekle