Bakı Şəhər Halqası
Description
Bakı Şəhər Halqası
Bakı şəhərində, Dənizkənarı Milli Park yaxınlığında yerləşən motor yarışması dairəsidir. 2016-cı ildən bu dairədə Avropa Qran Prisi və əlaqəli yarışların keçirilməsi planlaşdırılır.
2013-cü ilin dekabrında Formula 1 prezidenti və baş direktoru Berni Ekklstoun bu yolda yarışmanın 2016-cı ildən keçirilməsinə başlanacağını açıqlasa da, sonradan Koreya Qran Prisinin müqavilə şərtlərinin pozulmasına görə yarışma tarixinin 2015-ci ilə keçirilməsini bildirmişdi. Lakin, 2014-cü ilin iyulunda yarışmanın 2016-cı ildən etibarən keçiriləcəyi xəbər verilmişdir.
Dizayn
Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilmişdir.Azadlıq meydanından başlayan yol Hökümət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.
Yorum ekle