Rusiyalı həmsədr İqor Popov artıq Azərbaycandadır
Bakı. Viktoriya Dementyeva – APA. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri sabah Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcəklər. APA-nın məlumatına görə, rusiyalı həmsədr İqor Popov artıq Bakıdadır. Digər həmsədrlər – Robert Bradtke (ABŞ) və Bernar Fasie (Fransa) də ona qoşulduqdan sonra vasitəçilər Bakıda danışıqlar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.
Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır.
05 İyun 2011 23:06
نوشتن دیدگاه