Qızılağac dövlət təbiət qoruğu
Description
Qızılağac dövlət təbiət qoruğu
1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir.Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac kərfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su qöşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.Kür–Araz və Lənkəran ovalıqlarında yerləşir. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzinin şimal hissəsinin su sahəsini və sahilyanı ərazini əhatə edir. Qoruğun şimal hissəsində mülayim və mülayim isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi (yoxsa isti iqlim) müşahidə olunur. Qoruğun quruluq sahəsində bozyer–çəmən və çəmən bataqlıq torpaqları mövcuddur. Qoruğun yerüstü florası nisbətən kasaddır. Belə ki, körfəzlərin sahilləri, duzlu (şoran) torpaqları, bataqlıqların hündür yerləri qamış və kollarla örtülmüşdür. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait yaranır.
Yorum ekle