ATƏT PA-nın prezidenti Azərbaycana səfər edəcək
Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/
ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti Petros Eftimiu cari ilin mayında Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Eftimiunun səfəri mayın 11-12-nə nəzərdə tutulub.
"Bu, Petros Eftimiunun regiona ilk səfəri olacaq. ATƏT PA prezidenti Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ regionuna da səfər edəcək", - İbrahimov bildirib.
Yorum ekle