Azərbaycan MEMARLIQ
Azıx - Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Füzuli rayonunun mərkəzindən 14 km şimal-qərbdə 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsi 1960 ildən başlanmışdır. 1968 ildə burada ibtidai insanın alt çənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövrü) tarixi vardır. Dünya bu üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşdular. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.
Tağlar – Azərbaycanın Füzuli rayonunda yerləşir. Paleolit dövrünə aiddir. 1964 ildən öyrənilir. Mağara bir neçə otaqdan ibarətdir. Bura ibtidai insanın məskunlaşdığı bir yer olmuşdur. Abidədə altı mədəni qat aşkar edilmişdir. Qazıntılar zamanı ocaq qalıqları, daş alətləri və fauna qalıqları tapılmışdır.
Qaraköpəktəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşir. Abidə üst hissəsi yastı olan konus formalı yüksək təpə şəklindədir. Təpənin hündürlüyü 50 m olub, diametri isə şimaldan cənuba 220 m, şərqdən qərbə isə 180 m təşkil edir. Öncədən Qaraköpəktəpə abidəsi elmi ədəbiyyatda kurqan tipli məzar tikilisi kimi təqdim olunurdu. Lakin keçən əsrin 60-80 illərində aparılan əsaslı arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, bu abidə qədim yaşayış məskənidir. Buradakı mədəni qatlar həmin məskənin bir neçə minillik ərzində mövcüd olduğunu təsdiqləyir.
Qaraköpəktəpənin ən qədim mərhələsi mezolit dövrünə təsadüf edir. Abidə ərazisində aşkar olunan çaxmaq daşı və obsidiandan hazırlanmış mikrolitik əşyalar həmin dövrdə bu ərazinin məskunlaşmasının əyani sübutudur. Güman edilir ki, həmin təpə o zamanlar mezolit dövrü ovçularının yaşayış məskəni idi.
Qaraköpəktəpədə üzə çıxarılan növbəti təbəqə formalaşmış oturaq-əkinçiliyi dövrü ilə bağlıdır. Bu dövr e.ə. VI-V minilliklərə təsadüf edir. Həmin mərhələ iri olmayan məişət-təsərrüfat xarakterli saman tikililəri ilə, çox bəsit əkinçilik alətləri və əl ilə hazırlanmış primitiv gil qablarla səciyyələnir.
Qaraköpəktəpə abidəsinin bu mədəni qatında daş, sümük və buynuzdan hazırlanmış kərki və oraqlar, xarakterik xüsusiyyətlərə malik olan qablar aşkar edilmişdir.
Tünc emalının başlandığı və Azərbaycan ərazisində ilkin tünc mədəniyyətinin yayılması dövründə, er.əv. IV-III minilliklərdə bu arxeoloji abıdənin yamacı və ətəklərində dairəvi və düzbucaq şəkilli yaşayış və məişət-təsərrüfat xarakterli tikililər inşa edilmişdir. Bunlar onu təsdiqləyir ki, həmin zamanlar Qaraköpəktəpə iri yaşayış və sənətkarlıq mərkəzi olmuşdur. Burada qədim sənətkarlıq növləri olan metalişləmə, dulusçuluq, toxuçuluq və d. inkişaf etmişdir.
Maraqlıdır ki, bu dövrə aid edilən mədəni qatın qalınlığı 7 m təşkil edir. Bu da həmin ərəfədə abidə ərazisində çox intensiv həyat fəaliyyətinin mövcud olduğunu sübut edir. Arxeoloji qazıntılar nəticəsində abidədən yüksək keyfiyyətli cilalı saxsı qablar, xırda plastika nümunələri və müxtəlif ocaq altlıqları aşkar olunmuşdur. Qaraköpəktəpə abidəsinin sözü gedən qatından çox nadir və dəyərli tapıntılar əldə edilmişdir. Belələrinə meteorit daşından hazırlanmış nizə ucları, tünc balta üçün gil qəlib, semantik xarakterli zəngin dekora malik saxsı qablar aiddir.
Abidədə aparılan arxeoloji qazıntılar zamanı tünc dövrünün digər mərhələlərinə aid material və məmulat aşkar olunmuşdur. Bu dövrün üst qatlarında aparılmış qazantılar nəticəsində orta tünca aid əzəmətli müdafiə divarının qalıqları üzə çıxarılmışdır. Bu qatda tapılan müxtəlif saxsı məmulatı, bəzək və digər əşyalar eyni dövrü əhatə edir. Əldə olunan əyani material yerli əhalinin ön Asiya ilə mədəni və ticarət əlaqələrinin inkişaf etdirliməsini təsdiqləyir.
Onu da qeyd etmək görəkdir ki, Qaraköpəktəpə yaxınlığındakı ərazidə buranın qədim sakinlərinə aid böyük dəfn sahəsi aşkar olunmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı tünc və ilkin dəmir dövrlərini əhatə edən maraqlı tapıntılar əldə edilmişdir.
Qaraköpəktəpədəki mədəni və təsərrüfat fəaliyyəti sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, ilkin orta əsrlərdə burada Böyük İpək Yolu üstündə ucalan çox önəmli bir keşikçi qalası mövcüd idi. Ərazi bütövlüklə daş tikililərlə örtülmüşdür. Burada aşkar olunan arxeoloji material belə bir fikir yürütməyə əsas verir ki, orta əsrlərdə Qaraköpəktəpə regionun həyatında önəmli rol oynayan mühüm ticarət-sənətkarlıq mahiyyətli yaşayış məntəqəsi olmuşdur
Dağlıq Kəlbəcər rayonunda, Tərtər çayının yuxarı axarındakı ərazidə aşkar olunan qayaüstü təsvirlərin öyrənilməsi1976 ildən başlamışdır. Azərbaycanın bu rayonu dördüncü dövrü təşkil edən lava qalıqları üzərində formalaşıb. Onların üst qatı alp və subalp çəmənlikləri ilə və, həmçinin, küləyin təsiri altında vulkanik süxurların ovulması nəticəsində yaranmış çınqıllıqlarla örtülmüşdür. Bu cür mənşəli daş və qayalar üzərində qədim təsvirlər aşkar edilmişdir. Belə təsvirlərə əsasən üç yerdə Zəlxə və Ala göllərinin sahillərində və Taxta ərazisində rast gəlinir. Hər üç yerdə müxtəlif mövzulu çoxlu sayda qayaüstü təsvirləri vardır.
Onların əksəriyyəti Alagöl hövzəsində 3000 m hündürlüyündə yerləşir. Burada 700 artıq rəsm aşkar olunmuşdur. Onlar həmin ərazinin qədim sakinlərinin təsərrüfat məişət fəaliyyətini əks etdirən müxtəlif təsvirlərdən ibarətdir. Eyni zamanda burada çoxlu sayda bəbir, maral, sığır, keçi, canavar və digər vəhşi heyvanların rəsmləri həkk edilmişdir. Buradakı ayin məzmunlu rəqslər, maral ovu, malalanma süjetli təsvirlər və öküzlər qoşulmuş çarxli araba şəkilləri xüsusilə diqqətəlayiqdir.
Bu təsvirlər bir qayda olaraq daş alətlər vasitəsilə icra olunaraq xətt mahiyyətli rəsmlər əsasında icra olunmuşdular. Eyni zamanda insan və bəzi heyvan ilk növbədə bəbir təsvirləri siluet xarakterlidir.
Kəlbəcər rayonunun qayaüstü rəsmlərinin icra üslubundakı müəyyən xüsusiyyətlər onları tünc dövrünə er. əv. III-II minilliklərlə aid etməyə imkan verir.
Bakı. İchəri Şəhər.
Bakı Azərbaycan qədim mədəniyyət, ticarət və siyasi mərkəzlərindən biridir. Onun əlverişli coğrafi mövgeyi bu şəhərin lap qədim zamandan Qərblə Şərqi, Cənubla Şimalı birləşdirən ticarət yollarının qovuşduğu mühüm yaşayış məntəqəsinə çevirmişdir. Orta əsr Şırvan dövlət zamanı xüsusilə inkişaf etmiş Bakı ölkənin baş elm, mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuşdur. Bakının Qız Qalası, Şırvanşaxlar sarayı kompleksi, qala divarları kimi orta əsr memarlıq nümunələri YUNESCO-nun Dünya mədəni irsi siyahısına salınmışdır. Orta əsrlərdə Bakıda zərgərlik, badii tikmə, silahqayırma, daş üzrə oyma sənətləri xüsusilə inkişaf etmişdir.
Böyük Azərbaycan şairi Nizaminin vətəni qədim Gəncə şəhəri tarix boyu Şərqin tanınmış elm, mədəniyyət, incəsənət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Gəncə şəhəri Azərbaycanın tarixində həmişə mühüm rol oynamış, neçə-neçə dövlətin paytaxtı olmuşdur. Məhz burada 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdur. Gəncə həmdə qədim zamanlardan mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Burada ucaldılan memarlıq abidələri onun sakinlərinin yüksək inşaat mədəniyyətinə malik olmaları haqqında xəbər verir. Gəncədə istehsal olunan xalça, metal, zərgərlik nümunələri təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə, Yaxın və Orta Şərqdə məşhur idi.
Qobustan
Qobustan torpağı arxeoloji abidələrlə zəngindir. Bu günə qədər burada 30 ədəd kurqan və 20-yə yaxın ibtidai insanın düşərgəsi aşkar edilib. Onlar iri ölçülü əhəng daşlarından hazırlanmışdır.
Qədim əcdad larımızın həkk etdiyi rəsmlər Böyükdaş, Kiçikdaş, Cinqırdağ və Yazılı təpəsində rast gəlinir. Burada ibtidai insanlar, heyvanlar, döyüş səhnələri, ayin xarakterli rəqslər, öküzlərin döyüşü, silahlı avarçəkənlərlə dolu olan qayıqlar, əllərində nizə tutmuş döyüşçülər, dəvə karvanları, günəş və ulduz təsvirlərivardır. Ümumilikdə qoruqda qayaüstü təsvir aşkar edilmişdir.
Ən qədim rəsmin tarixi 10 000 ilə yaxındır. Daş kitabələr içərisində üç qayaq üzərində yerləşmış iri yastı daş vardır. Ona kiçicik daş parçası ilə döyəcləyəndə bundan müxtəlif səslər eşitməl olur. Bu el arasında “qavaldaş” adlanan daşdır. Onun vasitəsilə alınan ritmlər tam-tamın səslərinə bənzəyir.
Dünya şöhrətli alim və səyyah Tur Xeyerdal qoruq barəsində bu sözləri söyləmişdir: “Qobustan Azərbaycanın təkrarsız xəzinəsidir”. Xeyerdal burada təsvir olunmuş iki tipli qayıqlara xüsusi diqqət vermişdir. Bunlardan biri altı yastı olan, digərinin altı isə əyintilidir. Əyintili qayıqlar qamışdan hazırlanıb dünyada mövcüd olan heç birə nümunəyə bənzəlmir.
Lahic
Lahic Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən biridir. Lahıcın yaranma tarixi indiyə qədər alimlər arasında mübahisələr doğurur və onun çox qədim zamanlarda yaranmasına işarə verir.
Məhəllələr prinsipi əsasında inşa olunmuş Lahic özünün yüksək şəhərsalma mədəniyyəti ilə bu gün də insanları heyran edir. Şəhərdə bir çox sənət növləri: metalişləmə, ağac emalı, dəri istehsalı və digər inkişaf etmişdir.
Lakin Lahıcda bunların heç biri misgərlik sənəti kimi inkişaf etmişdidir. Demək olar ki, orta əsrlərdə Lahıcın kişi əhalisinin əksəriyyəti məhz bu sənətlə məşğul olub nəfis məişət əşyaları, müxtəlif qab-qacaq və s. istehsal edirdilər. Lahic misgərlərinin məmulatı bütün şərq ölkələrində yayılmışdır. Indinin özündə də Lahıc ustalarının əl işləri bir sıra dünya muzeyinin və şəxsi kolleksiyaların bəzəyidir.
Şəki
Şəki şəhərinin yaranma tarixi eramızdan əvvəlki dövrlərə təsadüf edir. Tarix boyu bu şəhər özünün müxtəlif sahələrdə şan-şöhrət qazanmış ustaları ilə məşhur idi. Şəkidə şəbəkə bədii tikmə, gəc üzrə oyma, dulusçuluq, metalişləmə, divar boyakarlığı xüsusilə yüksək inkişaf etmişdir. Şəhərin əsrlər boyu özünəməxsus memarlığı və dekorativ bəzək üslubu mövcud olmuşdur. Bunun ən parlaq nümunəsi XVIII əsrdə inşa olunmuş Şəki xanlarının sarayıdır. Sarayın bədii tərtibatında müxtəlif sənətkarlar çalışmış və onlar misilsiz bir sənət əsəri yaratmışdır.
Şəkidə həm də ipəkçilik sənəti də yüksək inkişaf etmişdir. Yerli ustaların hazırladıqları məlumatlar ölkənin hüdudlarını aşaraq Avropa və Asiyanın bir çox yerlərində şöhrət qazanmışdır.
Yorum ekle