AZƏRBAYCAN SƏFİRLİYİ KANADADA WATERCAN |
AZƏRBAYCAN SƏFİRLİYİ KANADADA WATERCAN BEYNƏLXALQ FESTİVALINDA İŞTİRAK ETMİŞDİRAzərbaycan Respublikasının Kanadadakı səfirliyindən bildirmişlər ki, qurum Watercan beynəlxalq festivalında iştirak etmişdir. 2005-ci ildən Kanadada hər il təşkil olunan bu festival BMT-nin beynəlxalq onillik aksiyası çərçivəsində keçirilir və dünyanın yoxsul ölkələrində təmiz su qıtlığının aradan qaldırılması üçün xeyriyyəçilik məqsədi daşıyır. Ölkənin paytaxtı Ottavada akkreditə olunmuş bir sıra səfirliklərin təmsilçilərinin iştirak etdiyi tədbirdə dünya mətbəxlərinin və mədəniyyətlərinin nümunələri təqdim olunmuşdur. Azərbaycan Səfirliyinin milli mətbəximizin nümunələrindən ibarət süfrəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə, həmçinin Azərbaycanın turizm imkanları və mənzərəli güşələrinə dair videosüjet, tariximizi, mədəniyyət və incəsənətimizi əks etdirən broşür və kitablar, Azərbaycan istehsalı olan konyaklar, şərablar, Kanadaya ixrac olunmuş nar şirələrimiz nümayiş etdirilmişdir. |
Yorum ekle