Orucluq, qurban, çəltik bayramı, “Xıdır Nəbi” bayramı Bayramda bayramaxşamı edərlər. *** Bayramı xoş üzlə qarşılayarlar *** Bayrama hazırlıq görərlər. *** Bayramda dost – tanışa qonaq gedərlər. *** Bayramda bayram süfrəsi açarlar. *** Bayramda qonşunun dalınca danışmazlar. *** Bayramda səfərə çıxmazlar. *** Bayramda alver eləməzlər. *** Bayram günü elçi getməzlər. *** Bayram günü baş qırxdırmazlar. *** Qurban bayramında qurban kəsərlər. *** Orucluqda oruc tutarlar. *** Şum bayramında qazan asarlar. *** Güləkən bayramında gül əkərlər. *** ”Xıdır Nəbi” bayramında ;" tər halva bişirərlər. *** “Xıdır Nəbi” bayramında ağ at minərlər. *** “Xıdır Nəbi” bayramında şam yandırıb dağa gedərlər. *** Çəltik bayramında aş bişirərlər. *** Çəltik bayramında elin ağsaqqallarına, qocalara, xəstələrə çəltik payı göndərərlər.