V. Naxçıvan Muxtar Respublikası. Naxçıvan Muxtar Respublikası ərazisinin çox hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəkdə yerləşən dağlıq diyar olmaqla zəngin təbii və nadir mədəni irsə malikdir. Onun paytaxtı – Şərqin qədim mədəni mərkəzlərindən biri olan Naxçıvan şəhərində çoxlu sayda muzey, mehmanxana, restoran və müasir Olimpiya kompleksi vardır. Bu diyarın şəhərləri özünün tarixi abidələri, rahat küçə və meydanları, təkrarolunmaz qonaqpərvərliyi ilə seçilir. Respublikanın bitki aləmi enliyarpaqlı ağac növləri olan meşələrlə zəngindir. Burada çoxlu nadir heyvan növləri yaşayır. Arasında Yusif Küseyr və Möminə xatun türbələri, Nəimi türbəsi, Əlincə qalası, Gilan şəhərinin xarabalıqları, qədim körpülər və s. olan çoxlu sayda tarixi və memarlıq abidələri qalmaqdadır. Qədim zamanlardan yerli sənətkarlar xalçaçılıq, tikmə, ağacda oyma, ipək parça istehsalı üzrə təkmilləşmişlər.