“TARİXİMİZƏ VƏ MƏDƏNİYYƏTİMİZƏ SƏYAHƏT” ŞÜARI ALTINDA TƏDBİR KEÇİRİLMİŞDİR Fransanın Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündə “Muzeylər gecəsi” adlı aksiya keçirilir. Bu cür tədbirlər Azərbaycanda da qeyd olunur. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi aksiyaya qoşularaq, “Tariximizə, mədəniyyətimizə səyahət” şüarı altında tədbir keçirmişdir. Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatında yaşayan qocalar, Nizami rayonundakı 1 və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar tədbirdə iştirak etmişlər. Tədbirdə “Teatr xalqımızın böyük sərvətidir”, “Qobustan pirləri” adlı foto-sərgi nümayiş olunmuşdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları, “İrs” folklor ansamblı və Respublika Uşaq Təşkilatının “Səma” rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış etmişlər. Sonda iştirakçılara hədiyyələr verilmişdir. AzərTAc |
Yorum ekle