III. Cənub istiqaməti. Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var. Tarixi abidələri XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi, Ərkivan qalası ilə təmsil olunur. Ənənəvi sənətkarlıq sirləri nəsildən nəslə ötürülür. Rayonun kəndlərində ağacdan düzəldilmiş rəngarəng, xırda məmulatlar, xalçalar, orijinal hörülmüş həsir örtüklər tapmaq olar. Lənkəran-Astara (Bakıdan 268-313 km məsafədə). Subtropik iqlim, çaylar və isti bulaqlar il boyu tərəvəz yetişdirilməsi, həmçinin burada çoxlu meyvə bağlarının və çay plantasiyalarının salınması üçün əlverişli şərait yaradır. Hündür olmayan Talış dağları relikt ağaclar üstünlük təşkil edən meşələrlə örtülmüşdür. Rayonun ərazisində yerləşən Hirkan Milli Parkı və Qızılağac qoruğunda çoxlu nadir heyvanlar – maral, cüyür, vaşaq, canavar yaşayır və hətta nadir halda pələngə da rast gəlinir. Xüsusilə Astarada yaxşı çimərliklər (qumlu, çınqıllı) var, su burada çox şəffaf və təmizdir. Memarlıq abidələrindən Lənkəranda Ballabur qalası, xan sarayı, XIX əsrə aid məscid və minarə, Astarada qədim qalanın xarabalıqları, XVII əsr karvansarayı, XII əsr məqbərəsi qalmışdır. Yerli mətbəx özünün balıqdan, ov quşlarının ətindən olan, qeyri-adi ədviyyatlar istifadə edilər xörəkləri ilə xüsusilə məşhurdur.
Yorum ekle