IV. Qərb istiqaməti. Gəncəbasar (Bakıdan 300 km məsafədə). Bu ad altında məşhur olan zonaya Azərbaycanın qərbində Gəncə, Mingəçevir, Qazax, Ağstafa və digər şəhərlərin ətraf ərazilərində yerləşən 10 rayon daxildir. Şərqin qədim mərkəzlərindən olan bu region tarixi, memarlıq və dini abidələrlə boldur. Onların içərisində Gəncədə XIX əsrin Cümə məscidini, Şeyx İbrahimin və Nizaminin məqbərələrini, XVI əsrin İmamzadə kompleksini, şəhər hamamlarını, orta əsr qalasını, Qazaxda XII əsrə aid nadir “Sınıq körpü”nü, Xanlarda bürünc əsrinin kurqanları, qədim qala və qüllələri, Şəmkirdə gözəl feodal qəsrini göstərmək olar. Bu zonada mülayim iqlim hakimdir, dağ meşə və çəmənliklərdə cüyür, dağ keçisi, qaban və bir çox digər heyvan növləri vardır. Gəncə şəhərindən 25 km məsafədə, ətrafında Göygöl qoruğu yaradılmış Azərbaycan təbiətinin incisi Göygöl yerləşib. Bu regionun təbiətində digər baxımlı yerləri - “Qızıl Qala”, Aveydağ dağının mağaraları və zəngin tuqay meşələrini qeyd etmək olar. Regionda qədimdən xalçaçılıq, toxuma və tikmə, ipək, çini istehsalı inkişaf edib. Və əlbəttə qurmanlar çoxlu sayda olan kiçik restoranlarda, turist bazalarında və istirahət zonalarında yerli mətbəxin təkrarolunmaz zərif yeməklərini dada bilərlər.
Yorum ekle