İran ,ya da İran İslam Respublikası Qərbi Asiyada dövlət.
Şimalda Ermənistan, Azərbaycan və Türkmənistanla, şərqdə Əfqanıstan və Pakistanla, qərbdə İraq və Türkiyə ilə sərhəddir.
Şimaldan Xəzər dənizi ilə, cənubdan Fars körfəzi və Oman körfəzi ilə əhatə olunmuşdur. 1628770.8 km² sahəyə malik İran Yaxın Şərqdə ikinci, dünyada isə 18-ci ən böyük dövlətdir. İran əhalisi 82.8 milyon nəfərdən çoxdur; bu göstəriciyə görə, İran dünyada 17-ci yerdədir.
Ərazi 31 ostana bölünmüşdür. Ostanlara rəhbərliyi daxili işlər naziri tərəfindən təyin edilən ostandarlar edirlər. Ostanlar öz növbələrində şəhristanlara bölünürlər. Şəhristanların tərkibinə şəhərlər və digər ərazilər daxildirlər. Şəhristana rəhbərlik edən məmurlar bəzi yerlərdə təyin olunur, bəzən isə seçilirlər.
1975-ci ildən İranın paytaxtı Tehran şəhəridir. Buna kimi ölkənin paytaxtı ayrı-ayrı vaxtlarda Həmədan,Təbriz, Qəzvin, İsfahan olublar.
Ən böyük etnik qruplar farslar, azərbaycanlılar və kürdlərdir.
Yorum ekle