Qobustan
Description
Qobustan dövlət tarixi-bədii qoruğu
Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.
Etimologiyası
Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və plaçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntılar və "quraşdırmaların" nəticəsidir. Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah edilməyə çalışılır.Türk dillərində "qobu / kobu" sözü "yarğan, boşluq, yarısəhra" anlamına gəlir.Digər bir verisyaya görə isə Qobustan sözünün ilkin forması Gavistan şəklində olmuşdur. "gav" farsca öküz, inək, "stan" isə diyar anlamında yer bildirən şəkliçidir. Bu halda söz "Öküzlər diyarı" şəklində şərh edilməkdədir. Bu versiyanın da irəli sürülməsi təsadüf olmamışdır. Çünki, vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir.Başqa bir versiyaya görə isə bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən, "stan" isə diyar anlamında kimi qəbul edildikdə söz oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Bu versiyaya görə, bu yerlərdə atəşpərəstər yaşamış, ona görə də ərazi Kəbrstan adlandırılmışdır.
Flora və Faunası
Hal-hazırda Qobustanın təbiəti Azərbaycanın Arran rayonlarına daha çox uyğundur. 20 – 25 min il əvvəl isə bu yerlərin təbii şəraiti tamamilə fərqli olmuşdur. 10 – 12 min il bundan əvvəl Qobustan qayalarına çəkilmiş heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı isti iqlim hökm sürmüşdür. İnsanlar nazik paltarlarla keçinmiş, kişilər bellərinə kəmərçin bağlamış, qadınlar isə dəridən qısa don geymişlər.Hava həmişə isti, yaşıllıq və su bol olduğundan bu yerlər ot yeyən heyvanların örüşü olmuşdur. Qobustanda saysız-hesabsız çöl heyvanı,öküz, at, keçi, gur, maral və başqa heyvanlar yaşamışlar. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zamanl əldə edilən tapntılardan görünür ki, qədim dövrdə bu ərazidə pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olmuşdur. Mütəxəssislər qayalarda təsvirlərinə rast gəlinməyən bir – heyvanın – filin də Qobustan ərazisində yaşadığını qeyd edirlər. Qayaüstü təsvirlərdə filin olmamasının səbəbi odur ki, bu yerlərdə bizə məlum insan həyatı 10-15 min illə ölçülür, fil isə milyon llər buundan əvvəl yaşamışdır.Qobustanda fil sümüklərinin aşkarlanması tamamilə təsadüfi olmuşdur. 1968-ci ilin yaxınlığında burda Atbulax adlı yerin yaxınlığındakı daş karxanasında mişar təxminən 3 m dərinlikdəki daş qatını kəsərkən layla birlikdə naməlum heyvanın iri sümüklərini də kəsmişdir. Fəhlələr bunun nə sümüyü olduğunu bilməyərək Azərbaycan SSR-in Mədəniyyət Nazirliyinə xəbər vermişlər. Aşkarlanmış sümüklərin tədqiqindən sonra müəyyən edilmişdir ki, bu sümük vaxtilə vaxtilə Qobustanda yaşamış cənub filinin boyun fəqərəsinin VI sümüyüdür.
Yorum ekle