Bakı Kristal Zalı
Description
Bakı Kristal Zalı
Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsinin burada keçiriləcəyi ehtimal olunur.10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırılıb başa çatdırıldı. Dam örtüyünün çəkisi 2400 tondur, inşaat işlərində 500 nəfər çalışır.
İdman yarışları
2013-14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasının dördlər finalına ev sahibliyi qazanan Bakı şəhərinin arena seçimi Krsital Zalından yana oldu.Bu seçimdən sonra martın 15-i və 16-ı voleybol üzrə Çempionlar liqasının müvafiq olaraq iki yarımfinal, bir üçüncülük və bir final oyununa Kristal Zalı ev sahibliyi etmişdi. Sonda təmin etdiyi yüksək səviyyəli imkanlara görə zal bu mənada indiyə qədərki yarışlar içində ən möhtəşəm təşkilatçılığa imza atmışdı. Maraq üçün qeyd edək ki, turnirin final qarşılaşmasında Dinamo Kazan Vakıfbank Günəş Sığorta Qadın Voleybol Komandasına 3-0 hesab ilə qalib gələrək Avropanın bir nömrəli kubokuna yiyələnmişdi.
Yorum ekle