İçəri Şəhər
Cultural
Description
İçəri Şəhər
İçəri Şəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilləklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr də təsdiqləyir.
Son illər İçəri Şəhərdə görülən işləri cəmiyyət təqdir edir. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün İçəri Şəhər özünün intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə bu gün Bakının ürəyi olan İçəri Şəhərdə abadlaşdırma, təmir-bərpa işləri bu köhnə şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yaxından iştirak edirlər.Qədim İçəri Şəhərin yeni veb-saytının (səhifəsinin) müntəzam olaraq mükəmməlləşdirilməsi və daha da zənginləşdirilməsi üçün başladığımız işləri davam etdirəcəyik. Eyni zamanda Siz də bu proseslərdən kənarda qalmayaraq qeydlərinizi, təkliflərinizi bizə göndərin.Əziz qonaqlarımız! Ümidvarıq ki, Sizə təqdim olunan bu səhifəmizi maraqla izləyəcəksiniz. Və əlbəttə ki özünüz, dostlarınız, ailə üzvləriniz və qonaqlarınızla birgə İçəri Şəhərə təşrif buyurun. Elə qapılarımız da bu sözlərlə Sizi salamlayacaq:İçəri Şəhərə xoş gəlmişsiniz.
Yorum ekle