Şəhidlər Xiyabanı
Description
Şəhidlər Xiyabanı
Bakı şəhərində Səbail rayonunda inzibati ərazi. Burada 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə şəhid olan azərbaycanlı və türkiyəli əsgərlər, 1990-cı ilin 20 yanvar tarixində Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlılar və 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan əsgərlər dəfn olunub. Şəhidlər Xiyabanında 15 000 yaxın şəhid dəfn olunub.
Tarixi
1918-ci ildə hələ "Şəhidlər Xiyabanı" adını almayan bu ərazidə, Bakı uğrunda gedən döyəşlərdə şəhid olan azərbaycanlı və türkiyəli əsgərlər dəfn olunaraq xiyaban salındı. 1924-cü ildə Sovet İttifaqı tərəfindən xiyabanı ləvğ edildi və həmin ərazidə Kirov Parkı (əlyəncə mərkəzi) salındı. 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunlarının Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi qırğından sonra Kirov Parkı Azərbaycan xalqı tərəfindən ləğv edildi və burada yenə xiyaban salındı.
Şəhidlərin dəfni
Yanvarın 20-21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan Respublikasının Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi.
Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il mart qırğınları zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazildı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazıblar. Əslində, bu düzgün deyil. Düzdür, 20 Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var. O da lap axırda dəfn olunub.
Yorum ekle