TƏBIƏT ABIDƏLƏRI
TƏB İ ƏTIN MÖCÜZƏS İ OLAN PALÇIQ VULKANLARI
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yer tutur. Yer kurəsində 800 palçıq vulkanı mövcuddur. Onlarda 400-ü Jənubi Qafqazda yerləşir. Bunların 300 Azərbaycan ərazisində dəniz sahilində, dənizdə və adalar üzərindədir. Palçıq vulkanları əsasən iki növdə fəaliyyət göstərən və sönmüş olurlar. Təbiətdə hündür və alçaq, qrifli və basdırılmış, sualtı və yeraltıvulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Azərbaycanın digər gözəl təbiət obyektləri kimi bu vulkanların 23-ü təbiət abidəsi statusunu alaraq dövlət tərəfindən qorunmaqdadır.
Palçıq vulkanları bir qayda olaraq qaz və neft ehtiyatları olan ərazilərdə təsadüf edilir. Bu fakt Azərbaycanın zəngin karbohidrogen yataqlara malik olmasını bir daha sübut edir.
Palçıq vulkanları kimya və tikinti sənayesi və, həmçinin, farmakologiya üçün xammal mənbəyi rolunu oynayırlar. Vulkanların gili, palçığı və həmçinin buradan hasil olunan su bir çox xəstəliklərdən müalicə etmək gücünə malikdir. Onların tərkibində bir çox kimyəvi elementlər vardır. Palçıq vulkanları təbii laboratoriyalar olaraq alimlər üçün bir növ xəzinədir. Palçıq vulkanları turistlərin də marağına səbəb olurlar. Vulkanlar ətrafındakı mənzərə planetimizin ilkin çağlarını və ya ay görüntülərini xatırladır. Lakin ayın cansız səthindən fərqli olaraq Azərbaycan vulkanları canlıdır.
Bak ı ya ə n yax ı n və əlverişli mövqedə yerləşən vulkan qrupu Bakı-Şamaxı şosse yolundan ayaqnan 5 dəqiqəlik, avtomaşınla isə 1 dəqiqəlik aralıq məsafədə yerləşirlər. Bu qrupp içərisində ən məşhur vulkan Boraniz Jülqa adlanır. O, adı çəkilən şosse yolunun 41 km-də yerləşir. Həmin ərazində daha bir vulkan qrupunu müşahidə etmək mümkündür. Onlar Pirəkəşkül qəsəbəsində əsas yoldan 500 m cənubda aralı və ya həmin şossenin 38-ci kilometrindən 400 m şərqdə qərarlaşıblar.
Turistlər tərəfindən ən çox tamaşa edilən aktiv vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda Qobustan qəsəbəsindən 10 km cənubda və Daşgil ərazisində yerləşirlər.
Xəzər dənizi
Xəzər dənizi dünyada ən böyük göl olub okeanla heç bir əlaqəyə malik deyildir. Xəzərin suyu duzlu olduğundan o dənizin bütün xassələrinə malikdir. Dənizin ümumi sahəsi 3926000 km2 və o, Yer kürəsində olan bütün göllərin 18% təşkil edir. Bu sahəni Böyük Britaniyanın ərazisi və ya ABŞ-ın beş Böyük göllərinin sahəsi ilə müqayisə etmək olar. Dənizə 130-dan artıq çay tökülür. Onların ümumi su həcmi 7864000m2 təşkil edir.
Azərbacanın sahilboyu xəttinin uzunluğu 825 km olub Xəzər dənizinin mərkəzi və cənub hissəsinin üzərinə düşür. 1025 m dərinliyi olan Lənkəran çalası dənizin cənub hissəsində yerləşir. Təxminən 150 m dərindiyində qərarlaşan olan Abşeron silsiləsi dənizi iki mərkəz və cənub hissələrə ayırır.
Dənizin başlıca sirrlərindən biri onun tarix boyu daimi transqressiyasıdır. Dənizin elmi müşahidəyələri yalnız XIX əsrin sonu–XX yüzilliyin əvvəllərindən başlandığından transqressiyanın zaman həddini müəyyən etmək çətindir. Lakin məhz bu amil Xəzəri Yer kürəsinin digər daxili su hövzələrindən fərqləndirir. Həmin transqressiyaların müddətinin uzun olmalarına baxmayaraq, onlar dəniz sahilində yaşayan insanların taleyinə və iqtisadiyyatlarına mühüm təsir gücünə malikdirlər.
Xəzərin iqlimi kəskin kontitentaldır. Dəniz ilin 250 günü fırtınalı olur. Burada əsən güclü küləklər hündür dalğalar yaradırlar. Eyni zamanda ilin son yaz aylarından ilkin payıza qədər Abşeron çimərliklərində çoxlu adam istirahət edir. Məhz bu zaman günəşli günlərin sayı xüsusilə çoxdur. Dənizin cənub hissəsində suyun yay aylarında temperaturu 25-30 J0, qışda isə 13 J0 olur. Azərbaycan sahili boyunca dəniz heç vaxt donmur. Lakin şimal hissədə bu hall baş verir.
Xəzər dənizi mineral, üzvi və rekreativ tərkib hissələri olan nadir ekosistemdir. Qədim və mürəkkəb geoloji proseslər nəticəsində dəniz çox tez bir zamanda təcrid olunmuş bir hövzəyə çevrilmişdir. Bununla dənizin çox nadir relikt və endemik xassəli flora və faunası qorunub saxlanılmışdır.
Bu eyni dərəcədə nərə balıqlarına da şamil oluna bilər. Bu dünyada yeganə su hövzəsidir ki, burada sənaye məqsədlərlə istifadə olunan 5 cür nərə növü yaşayır. Onlar hələ planetdə dinozavrlar yaşayanda, yəni 200 milyon il öncə mövcud idilər. Hal-hazırda nərə balıqlarının dünya ehtiyatlarının 90% Xəzər dənizində yaşayır. Onlar suiti, mollusk və digərlərlə birlikdə dənizin canlı aləmini təşkil edirlər. Xəzərin zooplanktonunun 315-dən artıq növü təbii mənşəli, 46% – isə endemikdir. Xəzər balıqları əsasən kilkə, siyənək, sazan, çanaq, krablar, qızılbalıq və sairləridir. Dəniz məməliləri-suitilər-hövzənin şimal hissəsində buz üzərində yaşayaraq, yayda mərkəzi və cənub bölgələrə hərəkət edirlər. Onların qorunması məqsədi ilə Azərbaycanda Abşeron Milli Parkı təşkil olunmuşdur.
Abşeron çimərliklərində yayda istirahət edənlər tez-tez onları dənizdə oynayan vəziyyətdə müşahidə edirlər. Dəniz sahilindəki kolluq və qamışlıq ərazilərdə vəhşi qaban, dəniz qunduzu, vaşaq və digərlərinə rast gəlinir. Dovşan, cüllüt, caqqal, çöl siçanı, dələ və sair həmçinin Xəzər sahillərində məskunlaşmışdır.
Xəzərin sahili Avropadan Asiyaya köçən quşlar üçün sığınacaq yeri hesab olunur. Burada qartal və flaminqonun nadir cinslərinə rast gəlinir. Azərbaycanda 14 quş növünə, o cümlədən müxtəlif ördək və qazlara ova icazə vardır.
Azərbaycan sahili yaxınlığında bir çox ada mövcuddur.
Xəzər dənizi tarix boyu Avropa və Asiyanı Böyük İpək Yolunun karvan yolları ilə birləşdirirdi. Xəzər dənizi həmişə nəhəng regionda önəmli geosiyası və iqtisadi əhəmiyyət daşımışdır. Burada vikinqlər, arilər, xəzərlər və farslar, monqol və yunanlar, ərəb və türklər, italyanlar, ingilislər və ispanlar bütün xalq və tayfaların səyyah və tacirləri olmuşdur.
Xəzər dənizi özünün Qirkan, Bulqar, Bakı adları ilə qədimdən çox-çox uzaqlarda tanınırdı.
Göllər. Azərbaycan Respublikası ərazisində 700-ə qədər göl var. Bu göllərin əksəriyyəti yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı 250-ə qədərdir. Sahəsi 1 km2-dən çox olan və böyük təsərrüfat əhəmiyyəti kəsb edən göllər 25-dir. Mənşəyinə görə onlar tektonik, uçqun, sürüşmə, relikt, çay-dərə, laqun və s. hesab olunur.
Suyunun tərkibinə görə Respublika ərazisində şirinsulu və şorsulu göllər mövcuddur. Dağlıq ərazidə yerləşən ğöllər (Göygöl, Maralgöl, Alagöllər: Böyük Alagöl, Kiçik Alagöl, İşiqlı Qaragöl, Pəriçınqıl və s.) şirin suludur.
Düzənliklərdə, dağətəyi zonalarda, qismən də alçaq dağlıqda həm şirin (Sarısu, Hacıqabul, Mehman, Ağgöl, Qultuq, Candargöl və s.) həm də şor (Ağzıbirçala, Masazır, Böyükşor, Acınohur və s.) göllər yayılmışdır. 1139-cu ildə dəhşətli zəlzələ nəticəsində yaranan Göygöl Kəpəz dağının ətəyində, şəfalı bir güşədə yerləşir. Onun ətrafında eyni mənşəli daha 7 göl vardır: Maralgöl, Zəligöl, Ağgöl, Şamilgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl.
Nadir su incilərindən biri olan Göygöl Gəncə şəhərinin Kəpəz rayonunda 1556 m hündürlükdə yerləşir. Gölün su səthi 80 hektar, ən dərin yeri 95 m-dir. Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln m3-ə çatır.
Göygöldən bir qədər aralı 1902 hündürlükdə Maralgöl yerləşir. Sahəsi 23 ha, ən dərin yeri 60 m. Ağsu çayı vasitəsilə Maralgöllə Göygöl əlaqələnir. Gölün ətrafı subalp çəmənlikləri ilə örtülüdür.
Böyük Alagöl Qarabağ vulkanik yaylasında, 2729 m hündürlükdə yerləşir (Kəlbəcər rayonu). Sahəsi 5 km2-ə yaxın, ən dərin yeri 9 m-dən artıqdır. Böyük və kiçik Alagöllərin ətrafı qiymətli alp çəmənlikləridir.
Gəncə şəhərinin Kəpəz rayonunda yerləşən İşıqlı dağının şimal-şərg yamacında, dəniz səviyyəsindən 2666 m hündürlükdə Qaragöl yerləşir. Gölün sahəsi 1,8 km2, ən dərin yeri 10 m-ə yaxındır.
Naxçıvan MR-nın Şahbuz rayonu ərazisində Naxçıvan çayının mənbəyində şəfalı alp çəmənlikləri əhatəsində Batabat gölü və Küküçayın mənbəyində (Naxçıvançayın qolu) 2500 m yüksəklikdə Qanlıgöl yerləşir.
Böyük Qafqaz sıra dağları özünün daimi buzla örtülü olan zirvələri ilə məşhurdur. Bunlar Bazardüzü (4466 m), Tufandağ (4191 m), Şahdağ (4243) və Bazaryurd (4126 m) zirvələridir.
Lənkəran rayonunun relyefi iki hissədən Talış dağlarından və Lənkəran ovalığından ibarətdir. Talış dağlarındakı ən yüksək zirvələr Qızyurdu (2400 m) və Gömürqoydur (2477 m).
Naxçıvan Muxtar Respublikası alçaq, orta və yüksək (dəniz səviyyəsindən 3900 m hündür) dağ ərazilərini əhatə edir. Bunlardan Qapıcıq (3917 m), Alagöz (3865) və Keçəldağ (3141 m) zirvələrini qeyd etmək olar.
Abşeron yarımadasının mineral suları
Abşeron rayonunun bir neçə çeşidli kurort imkanları vardır.
Bunlara:
Yarımadada böyük sayda metan və kükürdlü mineral sular vardır. Bunlardan ən məşhuru Suraxanı rayonundakı Zıx qəsəbəsində və Şıx dilindəki mineral sulardır. Onların hamısı yüksək balneoloji əhəmiyyətə malikdirlər.
Masazır kəndində yerləşən Böyük Şor və Masazır gölləri tükənməz qiymətli müalicəvi palçıq mənbəyi sayılırlar. Abşeron yarımadasında onlarla qiymətli böyük və kiçik göllər mövcuddur.
Naxçıvan Muxtar Respublikasının mineral suları
Naxçıvan Muxtar Respublikası mineral suları ilə zəngindir. Bunlar karbon-karbonat, karbon xlorid və həmçinin kükürdlü suların bütün növlərini əhatə edir.
Sularının müxtəlifliyinə görə Naxçıvan Muxtar Respublikası bir növ coğrafi-kimyəvi muzeydir.
Darıdağ, Sirab, Nahacır, Badamlı və Qızılvəng kimi bir növ mineral su qrupu balneoloji içməli kurortlar üçün son dərəcə önəmli hidromineral ehtiyatdırlar.
Darıdağ bulaqları ən yüksək debitli arsenli mineral sulardır. Bu suyun önəmi ondadır ki, onun tərkibində arsenin yüksək faizi ilə yanaşı burada bor turşusu, litiy, böyük miqdarda karbon qazı, yod, brom, dəmir və d. faydalı elementlər mövcuddur.
Sirab suları Borjomi sularının analoqudur. Sirab suları hidromineral baza kimi böyük əhəmiyyətə malikdir.
Nahacır suları Yessentuki №17 ilə eynidir.
Badamlı suları Narzan mahiyyətli sulara aid edilir. Onların mürəkkəb hidrokarbonat xassələri mövcuddur. Badamlının tərkibində böyük miqdarda karbon qazı vardır. Onlar münasib temperatur göstəricilərinə və yüksək debitə malikdirlər.
Qızılvəng acı, duzlu mineral su olaraq təbiətdə çox nadir hallarda rast gəlinir. Mədəni yumşaldan xassələri (sulfat-xlorid-kalsiy-natriy-maqniy) ilə tanınır.
Dağlıq Qarabağın mineral suları
Dağlıq Qarabağın əlverişli meteoroloji durumu, çoxsaylı meyvə bağları, gözəl içməli su bulaqları və karbonturşulu sularının varlığı bu ərazinin kurort əhəmiyyatını qat-qat artırır.
Dağlıq Qarabağın məlum olan 17 mineral bulağından ən çox diqqəti cəlb edəni Keçəldağ və Şirlan (Şuşa rayonu), Tumi (Hadrud xınlığında) və Zardanaşendir (Xocalı rayonu).
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ ərazisində çoxsaylı mineral su ehtiyatları mövcuddur. Bunlar münasib temperatur göstəricilərinə və yüksək tərkibli karbonturşlu qaza malikdirlər.
Laçın-Kəlbəcər rayonunun mineral suları
Bu qrup Azərbaycan Respublikasının qərbində Kəlbəcər və Laçın rayonlarında yerləşir. Laçın – Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın) növlülərə bölünür.
İstisu növlü sular üç müstəqil qrupla təmsil olunurlar. Bunlar Yuxarı İstisu, Aşağı İstisu və Bağırsaqdır.
1948-ci ildə İstisu ərazisində içməli balneoloji kurort təşkil edilmişdir.
İlıqsu bulaqları Laçın rayonunda 1600 m hündürlükdə Minkənd və Əhmədli ərazilərində yerləşir. Bu bulaqlar hidrokarbonat-xlorid-natriy-maqniy-kalsiy xassəli olubilıq 280J Narzandır. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır.
Eyni zamanda Minkənd və Əhmədli ərazilərində onları Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur.
Gəncə ətrafındakı mineral sular
Hacıkənd Gəncə şəhərindən 17 km aralı 1000 m hündürlükdə yerləşir. Bu yerin iqlimi mülayim isti, rütubətlidir. Qışı nisbətən istidir.
Hacıkənd yaxınlığında karbonturşulu bulaq və böyük sayda içməli su çeşmələri mövcuddur.
Şamaxı rayonunun mineral suları
Ərazidə azot və kükürdlü oksigen xassəli termal və soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi və Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum və Xalxal sularıdır (Qəbələ rayonu).
Şəki və Zaqatala bölgəsinin mineral suları
Mineral sular baxımından burada ən tanınanı Qax rayonunun İlisu bulaqlarıdır. Yerli əhali bu sulardan müalicə məqsədləri ilə qədimdən istifadə edilir. Bulaqlardan birinin Oğlan Bulağı, digərinin isə Qızbulağı adlarının daşınması həmin mülahizənin doğruluğunu bir daha təsdiqləyir.
Lənkaran rayonunun mineral suları
Lənkaran bölgəsi mineral sularla xeyli zəngindir. Termal və soyuq suların temperaturu 130 J-dən 640 J qədərdir. Onlar azot və metan tərkiblidir.
Lənkaran bölgəsində 157 mineral su mənbəyi mövcuddur: Astaranın İtisu kəndində, Lənkaranın İbadi, Xaftoni kəndlərində habelə Masallının Qəriblər kəndində.
Babazan mineral suları
Kür çayının mənsəbi yaxınlığında Salyan rayonunun ərazisində Babazan dağı (hündürlüyü 45 m) yerləşir. Yerli əhali qədimdən bəri kükürdlü və metan-xlorid-kalsili soyuq və isti Babazan mineral sularından istifadə edir.
Azərbaycanın aran zonasının mineral suları
Respublikanın bu bölməsi müxtəlif xassəli təbii müalicə ehtiyatları ilə zəngindir. Bunlara müalicəvi neft, mineral sular və müalicəvi palçıq aiddir.
Müalicəvi neft kimi tanınan naftalan Goranboy rayonunda yer üzünə çıxır. Onun yatağı Goran dəmir yolu stansiyasından 18 km cənubda dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Öz xarici görkəminə görə o, sənaye neftinə bənzəyir. Lakin, benzin və ağ neftin mövcud xassələrinin yoxluğu, qiymətli sürtgü yağlarının bolluğu və nisbətən yüksək xüsusi çəki (0,930-0,960) naftalan neftinin digər neft növlərindən üstün olan cəhətləridir. Hal-hazırda naftalan nefti uğurla səhiyyənin demək olar ki, bütün sahələrində tətbiq olunur.
Bu ərazidə yerləşən müalicəvi neft yatağı dünyada yeganədir.
Yorum ekle