Bakıda yeni otel açılıb
May ayının 16-da Bakıda "Qafqaz" otellər şəbəkəsinə daxil olan "Qafqaz Baku City Hotel & Rezidences" mehmanxanasının açılışı olub.
Mehmanxanada 242 standart və Single, Twin, Superior, Junior, Executive və Royal kateqoriyalarına aid 75 “Suite” otaq var. Bundan əlavə, oteldə "Metropol" restoranı, "Boulevard" lobbisi, musiqi barı, "Star Light" pivəxanası və 18-ci mərtəbədə yerləşən "Shamdan" restoranı var. Restoranda qonaqlara “A la Carte” menyu təqdim edilir.
Otelin "Club 16" adlı sağlamlıq mərkəzi cakuzi, fitnes-studiya, sauna, türk hamamı və istirahət zonasına rast gəkmək mümkündür.
Mehmanxana rəhbərliyi qeyd edib ki, burada qiymətlər olduqca münasibdir. Otelin ilk qonaqları isə "Avroviziya-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn turistlər olacaq.
Gələcəkdə oteldə 500 nəfərlik konfrans zalın və geniş SPA-mərkəzin yaradılacağı gözlənilir. Otelin işçilərinin sayı 120-ə çatacaq.
Yorum ekle