El-məişət inanc və yozumları Anası, qızı və özü dul olan qadının maşasını və ocaq daşını suya salsan yağış yağar. *** Atasına oxşayan qız xoşbəxt olar. *** Adamın boğazı göynəyəndə pay yeyərlər. *** Ay üçgunluk olanda budaq budanmaz, ağac kəsilməz, toxum səpilməz. *** Ayağa süpürgə dəyəndə evə dava düşər. *** Ay tutulanda tüfəng atarlar. *** Ayı barmaqla göstərməzlər. *** Ay çıxanda onu görənin işi uğurlu olar. *** Aya qarşı gərnəşənin sağlamlığı olmaz. *** Ay işığı düşən qapının üstünə çirkli su atan adamın axırı yaxşı olmaz. *** Ayaqının altı qaşınanda səfərə çıxmalı olarsan. *** Ayaqqabıların qapıda bir-birindən aralı dayanıbsa, deməli əziz adamlarından ayrı düşərsən. *** At təngiyib yol getmirsə, deməli qəzə gözləyir. *** Atı satanda yüyən və noxtasını verməzlər. *** Axşam ev süpürməzlər ki, evin rusuzu gedər. *** Axşam güzgüyə baxmazlar. *** Axır çərşənbə günü və yaxud bayram axşamı küsülü olsan, yeddi il barışmazsan. *** Adətən, heyva ağacının budaqlarından qırıb uşaqların qoluna bağlayarlar ki, göz-nəzərdən uzaq olsun. *** Axşam yerə isti su atmazlar. *** Adətən, çoxdan gözlədiyin adamın tez qayıtması üçün qapı ağzında qayçı və ya bıçaq qoyarlar. *** Axır çərşənbə gecəsi pis danışmaq olmaz. Bu gecə adamın hər əməli, davranışı dəyişir. *** Ayağının baş barmağı böyük olan adamın bəxti açıq olar. *** Baltanı ağzı yuxarı qoysan yağıs yağar. *** Bayquş həyətdə ağaca qonanda ev sahibi pis xəbər eşidər. *** Bəy toyunda oynasa ucuzluq olar. *** Bir iş dalınca getmək istəyəndə qabağına boş qabla çıxsalar getdiyin yerdən əliboş qayıdarsan. *** Birinin başına cındır palaz atıb, üstünə su töksən, yağış yağar. *** Birinci gecə qonaq olduğun evdə yatıb yuxuda kimi görsən, qismətin odur. *** Biri digərinin ayağını tapdalayanda ayağı tapdalanan da tapdalayanın ayağını tapdalamalıdır, yoxsa əzizi ölər. *** Bir qızı özünə bağlamaq istəsən paltarından cırıb bir parçasını qoltuğuna qoy. *** Bıçaq yerə düşəndə kişi qonaqı gələr. ***Başlar toqquşunda yerə tüpürüb deyərlər: “Başıma keçəl düşməsin” *** Başmağı və ayaqqabını üst-üstə qoysan, ya ağzı aşağı çevirilib yatsan zərər çəkərsən. *** Bayram günü çal oyna ki, ömrün şadlıqda keçsin. *** Bəhər üstə ağac kəsməzlər, ağac yiyəsinə ziyan dəyər. *** Bərk külək əsəndə ələk və xəlbirin üstünü basdırırlar. *** bətnində uşaq tərpənəndə Aya və güzgüyə baxsan uşaq göyçək olar. *** Boğanaq olanda qızlar deyər ki, boğanaq, tozanağını uzaq elə, sənə ərə gedəcəyəm. *** Boşqabı bulaşıq qoysan şərə düşərsən. *** Başmağı qayırtdırmağa cüt verərlər, tək versən ərin (arvadın) ölər. *** Bayram günü təzə paltar geyən xoşbəxt olar. *** Bayram axşamı səməni goyub şam yandıranın işi uğurlu olar. *** Bayram axşamı yandırılan şamlar ailədəki adamların sayına bərəbər olmalıdır. Hərə özünə bir şam seçir. Hansı şam gec sönsə onun sahibinin ömrü o birilərdən uzun olar. *** Bayram axşamı ilk dəfə kim evə gələrsə ondan bir söz soruşurlar, əgər cavabı səni qane edərsə deməli, təzə ilin uğurlu olacaq, əgər qane etməzsə ilin uğursuz olacaq. *** Bazar ertəsi ağır gün hesab edilir. *** Başqasından soğan aldıqda onu ələ götürməzlər, ətəyə qoyarlar. *** Boyunun dalında ət xal olan adam dövlətli olacaq. *** Burun qaşınanda xiffət olacaq. *** Boşqabı yemək yedikdən sonra təmiz sıyırsan, nişanlın göyçək olar. *** Vələsdən beşik düzəltməzlər. *** Vələsdən qəbir taxtası qoymazlar. *** Qabaq dişləri iri olan adam xoşbəxt olar. *** Qabağından qara pişik keçşə getdiyin işdən boş qayıdarsan. *** Qapını əllə daraqlamazlar, bədbəxtlik olar. *** Qapıda ayaqqabıları saysan ailədə ölü düşər. *** Qaranquş yuvasını dağıtmazlar. *** Qaranquş aşağıdan uçanda yağın yağar. *** Qaranquş yuva quran həyətdə həmişə şadlıq olar. *** Qarğa çox olanda qış sərt keçər. *** Qarğa qarıldayanda bəd xəbər eşidərsən. *** Qayçının ağzını açıq qoymazlar, yoxsa düşmənlərinin ağzını açmış olarsan. *** Qatıq və çörək deyir: “Məni isti-isti kəsmə” *** Qaşları bitişik olan qohumla evlənər. *** Qazan dibi qaşıyanın toyunda qar yağar. *** Qoz ağacının altında yatmazlar. *** Qonşuda dırnaq kəsməzlər. *** Qız saçını hörərkən saçının kiçik bir hissəsi hörükdən kənarda qalarsa, deməli evə qonaq gələcək, qıza elçilik ediləcək. *** Qızın arxadan yanına vursan, paltarını üç dəfə aşağı dart, yoxsa əri onu istəməz. *** Qəbristanlığı əl ilə göstərməzlər. *** Qəbri əl ilə göstərəndə şəhadət barmağını dişləyərlər. *** Qurban kəsilən gün evdə iş görməzlər. *** Qulağın cingildəyəndə, sözünü danışırlar. *** Qurbağanı öldürüb arxası üstə çevirsən, leysan yağış yağar. *** Dağdağan ağacını kəsmək xeyir verməz. *** Qulağı kiçik olan kişinin arvadı gözəl olar. *** Qulağı yekə olan adamın baxtı açıq olar. *** Qəbristalığa cüt gül apararlar. *** Qulaq qaşınanda yağış yağar. *** Qolları qucaqlayıb dayanmazlar. *** Qapı ağzinda görüşməzlər. *** Qoyunu saymaq nəhsdir. *** Dağdağan odunu yandıran xəstələnər. *** Dad edənin hayına yetməsən günaha batarsan. *** Deyirlər pis yuxunu suya danışarlar. *** Deyirlər Novruz axşamı ailənin bir üzvü evdə olmasa o yeddi il bayramı ailəsindən uzaqla keçirər. *** Deyirlər təzə gəlinin ayağının düşər-düşməzi olar. *** Demək istədiyin sözü səndən qabaq deyən çox yaşar. *** Düyünü ayaq altına tökməzlər. *** Deyirlər odun üstünə su tökməzlər. Od sönsə, ocaq sönör. *** Dırnağı küçəyə atmaq günah hesab edilir. *** Evə yarasa girəndə onu öldürərlər. *** Evi biri süpürəndə yarımçıq qalarsa başqası süpürməz, yoxsa birinci süpürməyə başlayanın ömrü yarımçıq qalar. *** Evi süpürəndə ayağına süpürgə dəysə, sözün ötməz. *** Evdə sınıq qab saxlamazlar. *** Eyni vaxtda bir dəsmalın uclarına əlini silənlər çox keçməz ki, dalaşarlar. *** Ehsan heyvanının kəllə-paçasını ölü sahibi yeməz. *** Evdən başqa yerə gül verməzlər. *** Əri çox istiyən arvadın paltarı tikilən zaman sap tez-tez qırılar. *** Əldə qayçı oynadanda dava düşər. *** Əli kağıza silməzlər. *** Əlindən çörək düşəndə sevinərsən. *** Əncir ağacı altında yatmazlar. *** Ənciri budamazlar. *** Əncir ağacını kəsməzlər. *** Əncir ağacının odununu yandıran xeyir tapmaz. *** Əyində paltar tikməzlər – şərə düşərsən. *** Əynində paltar tikəndə ağzına bir ip götür ki, şərə düşməyəsən. *** Əgər qızın ayağının baş barmağı o biri barmaqlarından böyük olsa, deməli ərə gedəndən sonra ərinin hər bir sözünə itaət edəcəkdir. Ikinci barmağı böyük olsa qız ərinin üstündə hökmran olacaq. *** Əgər yaxşı yuxu görmüsənsə onu danışmaq olmaz. Çünki danışdıqda yuxu yerinə yetməz. *** Əli soyuq olan adamın ürəyi isti olar. *** Zahı arvadın üstünə iynə-sancaq sancarlar ki, bəd ruhlar ona xətər yetirməsin. *** Ziyan çəkən qurban deyər. *** Ziyana düşən evdən sədəqə çıxararlar. *** Zoğal ağacının altında yatmazlar. *** Zoğal ağacını kəsməzlər. *** Zoğal ağacını yandırmazlar. *** Zifaf gecəsi qapını bağlamazlar. *** Zifaf gecəsi bəy üstünə həmzəti adam qoymazlar. *** Zülfü hörərlər. *** Zülfü üzə töküb gəzməzlər. *** İti noxtasıynan verməzlər. *** İt ulayanda ona çarıq atarlar. *** İt yaylaqda ləhləyəndə dolu düşər. *** İt kəlləsi asılmış həyət bədməzərdən qorunar. *** İt ulaması xeyir gətirməz. *** İki qız dayanıbsa onların arasından keçmə şərə düşərsən. *** İstiot dağılanda dava düşər. *** İlandan danışılanda ürəyində nə arzu tutsan ona qovuşarsan. *** İlğın ağacı ilə kimi vursan xəstələnər. *** İlin axır çərşənbəsində tezdən üzünü axar su ilə yuyan gözəlləşər. *** İlin axır çərşənbəsində qulaq falına çıxarlar. *** Yaxın adamdan bal alanda əvəzində bir şey verərlər. *** Yataqda yuxu danışmazlar, düşər-düşməzi olar. *** Yarpız olan həyətdə ilan olmaz. *** Yeni doğmuş Aya baxan adam o dəqiqə bir bəzək şeyinə baxarsa, işi uğurlu olar. *** Yerə qaşıq düşəndə arvad qonağı gələr. *** Yoldan qayıtmazlar. *** Yoldan qayıdanda, qayıtdığın yerdə dayan və üç dəfə həmin yerə tüpür. *** Yuxuda toy görsən, yas olar. *** Yuxuda ayaqqabı görəndə darlığa düşərsən. *** Yuxuda balıq gördükdə ələ pul gələr. *** Yuxuda ilan görmək yoldur. *** Yuxuda qan görəndə qan qoxumların gələr. *** Yuxuda qızıl görmək səsdir. *** Yuxuda it dostdur. *** Yuxuda ət görəndə əzizlərindən bəd xəbər eşidərsən. *** Yuxuda süfrə bərəkətdir. *** Yuxuda diş çəkdirmək zərər gətirər. *** Yuxuda dəniz, su görmək aydınlıqdır. *** Yuxuda pul görmək səsdir. *** Yuxuda uçanda, ata minəndə deyirlər, murada yetərsən. *** Yuxuda üzüm görmək göz yaşıdır. *** Yuxuda gülmək, ağlamaq, ağlamaq isə gülməkdir. *** Yuxuda gördüyün adamın səni yuxuda görməyini istəyirsənsə balışını çevir. *** Yuxuda qorxan adamın başının altına bıçaq və ya qayçı qoyarlar. *** Yola gedən adamın dalınca su atıb deyərlər ki, bu su quruyuna kimi qayıt. *** Yeni azad olmuş qadının yanına içərisində su olan qabda üç yumurta qoyurlar ki, ona Yəsər toxunmasın. Əgər yumurtalar çartlasa deməli ona nəzər toxunub, əgər çartlamasa nəzər toxunmayıb. *** Yaxın adamdan yaylıq alanda əvəzinə başqa şey verərlər. Yaylıq ayrılıqdır. *** Yuxuda bir adamı öpmək xəyanət deməkdir. *** Çörək yedikdə yemək süfrəyə tökülərsə, qaynanan deyişgən olacaq. *** Kişinin ayaqqabısı qapıda yan üstə dayananda evə qonaq gələr. *** Kitabı açıq qoyub yatmazlar, yaddaşsız olarsan. *** Körpə qorxmasın deyə başının altına bıçaq qoyular. *** Körpə uşağın əlinin üstündə öpməzlər, dayısı kasıb olar. *** Köçən gəlinin dalınca daş atarlar ki, yeri möhkəm olsun. *** Kürəklərinin arası qızışarsa hardasa əziz adamın dara düşüb, sənin köməyinə ehtiyacı var. *** Kürən adamla yoldaşlıq eləmə. *** Gəlin hamilə vaxtı dovşan əti yesə uşağın ağzı mırıq olar. *** Gecə dırnaq tutan ömründən kəsir. *** Gecə vaxtı ev süpürmək həmin evə kasıblıq, kədər və matəm gətirir. *** Gəlin köçmüş qızı görməyə gedəndə adətən ata evində qıza məxsus nə varsa hamısını apararlar. Ancaq ayaqqabından başqa. Əgər aparsalar gəlinin ər evində yeri dar olar. *** Gəlinin ayağı altında qab sındıranda ayağı düşərgəli olar. *** Gəlin gedən qız əlinə düyü alıb rəfiqələrinin adını çəksə, onların da baxtı açılar. *** Gözün səyriyirsə əziz adamın səni arzulayır. *** Gözün yol çəkirsə, uzaqdan yaxın adamın gələcək. *** Gün tutulanda mis qabları döyəcləyərlər. *** Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verərlər ki, ilki oğlan olsun. *** Güzgünün sınması nə isə bir bədbəxtlik olacağını göstərir. *** Güclü yağış yağanda meşədə çaqqal ulasa demək səhər gün çıxacaq. *** Günəş tutulanda tügəng atarlar. *** Gündüz güclü istidə tiyuqlar bir yerə toplaşarsa, demək yağış yağacaq. *** Güllə ilə ölmüş adamın qəbrindən daş, torpaq götürüb suya salsan yağış yağar. *** Gecə ulduzların görünməsi gündüz günəşli hava olacağını göstərir. *** Göz dəyməsin deyə evdən üzərlik asarlar. *** Göz-nəzər dəyməsin deyə duzu adamın başına üç dəfə fırladıb oda və ya suya atarlar. *** Gec danışan uşağa sərçə əti yedirərlər ki, dili tez açılsın. *** Lal axan sudan keçməzlər. *** Lala gülməzlər. *** Malı döyməzlər, ailəyə xəta gələr. *** Maşanı oynatmazlar, aclıq olar. *** Mayanı alan adam özü geri qaytarmalıdır, qaytarmasa deyirlər həmin adamın ruzusu kəsilər. *** Meşəyə tək getməzlər. *** Meşədən çinar kəsməzlər. *** Mescidə ayaqqabı ilə girməzlər. *** Mürgüləyəni səsləməzlər. *** Müştüyü peşkəş etməzlər. *** Müştərəyə yaman deməzlər, qıtlıq olar. *** Nabələd yola getməzlər. *** Nanə əkməyin – düşər-düşməzi olar. *** Nal kəsəndə saymazlar, bədbəxtlik olar. *** Namaz üstündən durmazlar. *** Naşı adamla səfərə çıxmazlar. *** Nahar üstə danışmazlar. *** Nişan üzüyünü özgəyə verməzlər. *** Nişan üzüyünü girov qoymazlar. *** Nişan gələn gün paltar yumazlar. *** Nişan gələn gün oğlan evi xonçalardan birinə qayçı qayar ki, oğlanın ağzı kəsərli olsun. *** Nənnini boş tərpətsən, uşaq ölər. *** Nişana duz aparmazlar. *** Nişanda dava salsan xeyir olmaz. *** Nişan taxılanda qızın saçına qayınana sığal çəksə, mehribançılıq olar. *** Ov ətindən qırxlı arvada verməzlər. *** Ovcunun içi qaşınanda pul gələr. *** Ovun başını kəsməsən də əti hatal olar. *** Oğurluq toxum bar verməz. *** Oğurluq pulu kəbinli arvada versən, arvad kəbindən düşər. *** Oğurluq pulu hamilə qadına versən, doğulan uşaq vələdüzna olar. *** Ocaq yananda səslənirsə, demək kimsə sözünü danışır. *** Odunu binada saxlamazlar. *** Özgə evin qayçısıyla dırnaq tutma, gözləmədiyin pis hadisə olar. *** Ölü qaldırılan yeri tez süpürməzlər ki, təzədən pis hadisə olmasın. *** Ölən adam gec can verəndə əlinə torpaq və ya daş qoyarlar. *** Ölən adam ağır can verəndə sinəsinə güzgü qoyarlar. *** Ölüdən danışılanda asqıran adamın kürəyinə əl vurarlar. *** Ölüsü düşən yeddi gün saçını qırxdırmaz. *** Ölüsü düşən yeddi gün başını yumaz. *** Payız və yaz yağımı bərəkət gətirər. *** Paltarı soyunub tərs qoyanda adamın işi düz gətirər. *** Paltarı tərs geyənin işi düz gətirməz. *** Paltarı əyindən çıxarandan sonra düymələməzlər. *** Papaqları bir yerdə, üst-üstə assan çox evlənərsən. *** Pis yuxu görəndə pəncərənin qırağına pul qoyarlar. *** Pulu qapı ağzında verməzlər. *** Pişiyi öldürən xeyir tapmaz. *** Pişik əl-üzünü yalayarsa, qonaq gələcəyinə inanılır. *** Payızda yarpaqlar tez tökülsə, deyarlər bu qış sərt keçəcək. *** Rast gəldiyin adamın yanından salamsız keçməzlər. *** Sayıqlayan adamı oyatmazlar. *** Sağ yanağın və sağ qulağın qızarıbsa demək xeyrinə danışırlar, sol yanağın və sol qulağın qızarıbsa demək qeybətini edirlər. *** Saçı kürəyə atmazlar, bəxtin bağlanar. *** Saçının tükü yumşaq adamın xasiyyəti də yumşaq olar. *** Saçından tel ayrılıb üzünə düşsə qonağın gələr. *** Sınıq qabda xörək yeyən şərə düşər. *** Stolun üstünü sildiyin silgi yerə düşərsə, qonağın gələr. *** Stolun üstünə boş nimçə, stəkan qoymaq yaxşı deyil. *** Stolun üstünü kağızla silsən kasıblıq olar. *** Stolun üsütünü əl ilə təmizləyənin qayınanası deyingən olar. *** Səhər duranda boş qaba baxmaq uğur gətirməz. *** Səhər-səhər yuxu danışmazlar, düşər-düsməzi olar. *** Səhər sol ayağı üstə duranda işin uğur gətirməz. *** Suyun dağılması aydınlıqdır. *** Su içən adamı qəfildən vurmazlar. *** Süfrə üstə gələni qayınanası çox istər. *** Süfrədə qablar sıra ilə düzüləndə qonaq gələr. *** Süfrədə çörək ovulsa, qonaq gələr. *** Süfrəyə duz dağılanda evə dava düşür. *** Süpürgə yandıranda yağış yağar. *** Stəkanda çay çöpü dik dayananda qonaq gələr. *** Səpinə başlayanda buğda qovurmazlar, qıtlıq olar. *** Səpinə başlayanda yarma bişirərlər. *** Səhər tezdən qarşına boş vedrə çıxarsa, işin düz gətirməz. *** Taxıl çuvalının üstündə oturmazlar, bərəkətsiz olar. *** Təzə doğan qadına üç gün qulaq verərlər, onu tək buraxmazlar. *** Təzə paltarın ilkini özgəyə verməzlər. *** Təzə evə köçəndə qayqanaq bişirərlər. *** Təzə çıxan ayı görən pul kisəsini tər
Yorum ekle