Sheraton Hotel Bakı Aeroportu 4 mərtəbəli, 207 otaqlı
Ünvan: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Bu yaxında inşa olunmuş otel Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yanında yerləşir və InterContinental Hotels Group otellər şəbəkəsinə daxil olan birinci oteldir. Otel həm biznesmenlər həm də turistlər üçün əlverişlidir. Oteldə uşaqlar üçün yer, pulsuz yemək, bütün otaqlarda sürətli internet mövcuddur. Vestibül və konfrans zalları Wi-Fi sistemləri ilə təchiz olunub. Oteldə 450 qədər qonaq qəbul etmək, işgüzar və ictimai görüşlər keçirmək üçün 8 otaq düzəldilmişdir. Şərait: avtomobil dayanacağı, beynəlxalq mətbəx, restoran, bar. Şəhərə qədər avtobus fəaliyyət göstərir. Həmçinin, açıq və qapalı hovuz, masaj, fitnes və ən müasir gözəllik proseduraları təklif olunur.
Yorum ekle