Astara şəhəri
information
description
Astara
Azərbaycan Respublikasının Astara rayonunun inzibati mərkəzi. 1945-ci ildə rayon tabeli şəhər statusu almışdır. Astara şəhəri Astara çayının sol sahilində yerləşir. Şəhərdən 3 km aralıda Astara dəmiryolu stansiyası yerləşir.
Tarixi
Azərbaycanın İranla sərhəddində (bir hissəsi Cənubi Azərbaycan ərazisindədir), Astaraçayın mənsəbində, Xəzər dənizinin sahilindədir, Lənkəran ovalığındadır. Astara sözü yerli talış dilində və həmçinin digər İran dillərində "ulduz" mənasını verir. XIII əsrə aid mənbələrdə Astara yaşayış məntəqəsi adı kimi xatırlanır. Astara çayının İran sahilində yerləşən şəhər və port da Astara adlanır. Bu şəhərin qədim adı Qum olmuşdur. Fars dilində "qum" sözü də "alçaq yer, aşağı yer" kimi izah edilir. Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edildiyi dövrdə Astara qəsəbə kimi Bakı quberniyasının Lənkəran qəzasına daxil olub.
Yorum ekle