İran İslam Respublikası

İran (farsca: ایران) ya da İran İslam Respublikası (farsca: جمهوری اسلامی ایران) Qərbi-Asiyada dövlət.

Şimalda Ermənistan, Azərbaycan və Türkmənistanla, şərqdə Əfqanıstan və Pakistanla, qərbdə İraq və Türkiyə ilə sərhəddir.

Şimaldan Xəzər dənizi ilə, Cənubdan İran və Umman körfəzi ilə əhatə olunmuşdur.

Ərazi 30 ostana bölünmüşdür. Ostanlara rəhbərliyi Daxili İşlər Naziri tərəfindən təyin edilən ostandarlar edirlər. Ostanlar öz növbələrində şəhristanlara bölünürlər. Şəhristanların tərkibinə şəhərlər və digər ərazilər daxildirlər. Şəhristana rəhbərlik edən məmurlar bəzi yerlərdə təyin olunur, bəzən isə seçilirlər.

1975-ci ildən İranın paytaxtı Tehran şəhəridir. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olub.

Ali hakimiyyət Dini liderə və ya İcraedici Şuraya məxsusdur. Qanunverici hakimiyyət Məclisə məxsusdur. Müasir İranda respublika (prezident və parlamentin seçilməsi) və teokratik idarə formasının cizgilərini tapmaq olar. 1979-cu il və ondan sonra qəbul olunmuş Konstitusiyaya əsasən həyatın bütün təbəqələrinin əsasında İslam prinsipləri durmalıdır, buna görə də ölkəni yalnız dinə aid olan insanlar- ülləmalar idarə edəb bilərlər. Ali dini hakim (ömürlük seçilir) ölkədə qeyri-məhdud hakimiyyətə malikdir. Dini rəhbər daxili və xarici məsələlər üzrə ən adil hakim hesab olunur. Ali dini rəhbər həmçinin orduya rəhbər təyin etmə, müharibə və ya sülh elan etmə kimi səlahiyyətlərə malikdir.

Tarix

İslamdan öncəki dövr

İran ərazisinin məskunlaşması Alt paleolit dövrünə aid edilir. E.ə. III minilliyin əvvəllərində İranın cənubi-qərbində ilk sinifli cəmiyyətlər meydana gəlmiş, əvəlcə ayr-ayrı şəhər-dövlətləri yaranmış, sonralar Elat və e.ə. III minilliyin II yarısında Lullubilərin erkən quldarlıq dövlətləri mövcud olmuşdur. E.ə. təqribən 2200ildə Kutilər Sumer və Akkadı müvəqqəti zəbt etmiş Kassilər isə XVIII-XVI əsrlərdə Babilistanı ələ keçirərək e.ə. XIII əsrin sonuna kimi burada hökmranlıq etmişlər. E.ə. II minilliyin sonudan İran ərazisinə hind-iran dillərində danışan Hind-Avropa tayfalarının İran qrupundan olan ari (müasir İranın adı buradandır;" qədim İran dilində aquapat-“arilər ölkəsi” və ya padşahlığı deməkdir) tayfaları gələrək qərbi və mərkəzi rayonlarda məskunlaşdılar. İndiki İranın Xuzistan və Luristan ərazisini əhatə edən vilayətlərlə yanaşı e.ə. VII əsrə qədər İranın əsas əkinçilik rayonlarında sinifli cəmiyyətlər meydana gəlmişdir.

E.ə təqribən 673-672–ci illdə Assuriya (Aşşur) əleyhinə bağlanmış üsyan nəticəsində İran yaylasının şimal qərbində Midiya dövləti yarandı. E.ə 616-605-ci illərdə Midiya Babilistanla ittifaqda Assuriya, Manna, Urartunu və İran yaylasının çox hissəsini işğal etmişdir.

Midiyanın tabeliyində olan pars (parsa, pars, müasir fars sözü buradandır) padşahlığı ilə müharibə (e.ə 553-550) nəticəsində hakimiyyət Əhəmənilər (Haxamanişlər) sülaləsinin əlinə keçdi. VI əsrin sonunda II Kir (Kuş) və onun varislərinin işğalları nəticəsində Əhəmənilər dövlətinin sərhədi Hind çayından Egey dənizinə və Kiçik Qafqaz dağlarından Nil çayına qədər genişləndi. Əhəmənilər dövləti I Daranın hakimiyyəti dövründə (e.ə 521-485) daha da qüvvətləndi. Ticarət yolları üzərində hökmranlıq qərb ilə şərq arasında gedən mübarizə Əhmənilər dövlətini Yunanıstanla uzun sürən müharibələrə sövq etmişdir. E.ə 330-cu ildə Makedoniyalı İsgəndər İranı işğal etdi.

E.ə 312-ci ildə İran Selevkilər dövlətinin tərkibinə qatıldı (İsgəndərin ölümündən sonra müstəqillik qazanan Atropatena dövləti yalnız e.ə III 20-ci illərinin sonlarında Selevki hökmdarı III Antioxun hakimiyyətini tanımışdır) E.ə III əsrin ortalarında indiki İran və Türkmənistan sərhəddində yaranmış Əşkanilər padşahlığı e.ə.II əsrin ortalarında bütün İranı hakimiyyət altına almışdır. Əşkanilərdən asılı olan fars hökmdarı I Ərdəşir 224-cü ildə Parfiyanın axırıncı padşahı II Artabanı məğlub edərək Sasanilər dövlətinin əsasını qoymuşdur. Sasanilər dövründə (III-VII əsrlər) İranda feodal münasibətlər yaranmağa başladı. Sasanilər İranda möhkəmləndikdən sonra Cənubi Ərəbistan, Suriya, Fələstin, Misir, Atropatena, Albaniya (Qafqaz), Ermənistan və İberiyanı ələ keçirdi. Sasani hökmdarları hələ Əhəmənilər dövründə yeridilən xətti- dövlət aparatında və orduda farslara üstünlük verilməsi, onların vergilərdən azad edilməsi siyasətini daha da gücləndirmiş, Zərdüştlüyü dövlət dini elan etmişlər.

Cənubi-Qafqaz (Zaqafqaziya) xalqlarının Sasani əsarətinə qarşı 450-451, 457, 481-484 illərdə qüdrətli üsyanları baş verdi. Sasanilər dövlətində sinifi ziddiyyətlərin kəskinləşməsi və feodal separatizminin güclənməsi həmçinin Bizansla aparılmış uzun sürən müharibələr VII əsrdə Ərəblərin İranı işğal etməsini asanlaşdırdı;" İslam dini və Ərəb dili yayılmağa başladı.

İslamdan sonrakı dövr

İranda ərəb hökmranlığı VII əsrin 80-ci illərinə kəndli üsyanlarına səbəb oldu. 747 Mərvdə əbu-Müslimin başçılığı ilə Əməvilər Xilafətinə qarşı xalq hərəkatı bütün İranı bürüdü. Abbasilər hökmranlığı dövründə Mak Sumbatın (755), Ustad Sisin (767) və Azərbaycanda Babəkin başçılığı ilə xalq üsyanları baş verdi. Şüubiyyə hərəkatı geniş vüsət alırdı. Bütün bunlar xilafətin süqutunu sürətləndirirdi. IX-X əsrlərdə İranda yalnız formal sürətdə xilafətdən asılı olan əmirliklər var idi. 900-cü ildə Xorasan və İranın şərq hissəsi Səmanilər dövlətini tərkibinə daxil oldu (999-a qədər). İranın qərbində və İraqda Büveyhilər dövləti (935-1055), Azərbaycan ərazisində isə IX əsrin sonu – XI əsrdə Sacilər, Səlarilər, Rəvvadilər, Şəddadilər və Şirvanşahlar dövlətləri yarandı.

X əsrdə şəhərlərin və tranzit ticarətinin inkişafı Ərəb hökmranlığına son qoyulması XI əsrdə İranda iqtisadi və mənəvi yüksəlişə şərait yaratdı. Samanilər dövlətinin süqutundan sonra İranın şərqi- Orta Asiyanın bir hissəsi və indiki Əfqanıstan ərazisi Qəznəvilər dövlətinin tərkibinə daxil oldu. 1040-cı ildə səlcuq (oğuz) türkləri İranı və onunla həmsərhəd ölkələri işğal edərək Səlcuqilər dövlətinin yaratdılar. XII əsrin əvvəllərində Səlcuqilər dövləti ayr-ayrı sultanlıqlara parçalandı;" Sultanlıqlar içərisində Atabəylərin hakimiyyəti yarandı.

Mərkəzi əl-Əmud qalası olan İsmaililər dövləti (1090-1256) habelə Eldəgəzlər dövləti (1136-1225) İranın xeyli hissəsini ələ keçirmişdir. 1220-56-cı illərdə İranı Monqollar işğal etdi. XIII əsrin ortaları XIV əsrlərdə İran Elxanilər dövlətinin tərkibinə daxil idi, Qazan xanın (1295-1304) keçirdiyi islahatlar İranın iqtisadi inkişafına şərait yaratdı. Elxanilər dövlətinin süqutundan sonra İran ərazisi Cəlairilər, Müzəffərilər (XIV əsrin 40-50-ci illərində) və s. feodal dövlətlərinin tərkibinı daxil oldu. Feodal zülmü və monqol hökmranlığı Xorasanda Sərbədarlar üsyanına (XIV əsrin 30-80-cı illərində) Mazandaran və Gilanda seyidlər hərəkatına (1350) səbəb olmuşdur.

1380-1393-cü illərdə Teymur İranı işğal etdi. Onun ölümündən sonra İran Teymurilər və Qaraqoyunlu dövləti arasında bölüşdürüldü. 1468-ci ildə (Muş döyüşü) Qaraqoyunlu dövlətini Ağqoyunlu əvəz etdi. Qızılbaşlara arxalanan İsmayıl Səfəvi xalq kütlələrinin ümumi narazılığından və daxili çəkişmələrindən istifadə edərək Azərbaycanda hakimiyyətini möhkəmləndirdi və Ağqoyunlu dövlətinə son qoyuldu. 1501-də o Təbrizə daxil olaraq özünü Şah I İsmayıl elan etdi. 1502-də isə şiəliyi dövlət dini elan etdi. 1510-a qədər İran səfəvilərin hakimiyyətinə keçdi. 1514-cü ildə Səfəvilər İraq, Kürdüstan və Cənubi Qafqaz uğrunda Osmanlı İmperiyası ilə uzun sürən müharibələr aparmışlar. XVI əsrin axırlaırna qədər Səfəvilər dövləti xarakter etibarilə Azərbaycan dövləti idi. Lakin sonralar tədricən dövlətin idarəsində üstünlük farslara keçdi. Qızılbaşların siyasi mövqeyi məhdudlaşdırıldı. (Bax-Səfəvilər).

1709-1722-ci illərdə üsyan etmiş əfqan tayfaları Səfəvilərin paytaxtı İsfahanı ələ keçirdilər (1722). Əfqan xanlıqlarının qısa müddətli hökmranlığı əleyhinə xalq hərəkatları baş verdi. Əfqanlar əleyhinə mübarizəyə və Osmanlı türklərin ölkədən qovulmasına başçılıq edən Nadir xan Əfşar böyük feodal imperiyası yaratdı (Bax-Əfşarlar). Lakin o öldürüldükdən sonra (1747) bu dövlət süqut etdi. Kərim xan Zəndin hakimiyyət dövrü (1760-1779) istina olmaqla İranın XVIII əsr tarixi fasiləsiz feodal çəkişmələri ilə xarakterizə olunur. Zəndilərlə Qacarların uzun sürən müharibəsi Qacarlar sülaləsinin (1796-1925) hakimiyyətə gəlməsi ilə başa çatdı. 1795-1797-ci illərdə Ağa Məhəmməd Şah Qacarın başçılığ etdiyi İran ordusunun Cənubi Qafqaza (o cümlədən Qarabağa) basqınlar böyük dağıntılara və qırğınlara səbəb oldu. XVIII əsrin axırları XIX əsrin əvvəlləri Böyük Britaniya, Rusiya və Fransanın İranı əsarət altına almaq cəhdləri ölkədə kaputilyasiya rejiminin yaradılması İranla bir sıra Avropa dövlətləri arasında qeyri-bərabər müqavilələr imzalanması ilə nəticələndi.

Əvvəllər İranın tabeçiliyində olan Cənubi Qafqaz torpaqları Rusiya-İran müharibələri nəticəsində Rusiya İmperiyasına daxil oldu (Gülüstan, Türkmənçay müqaviləsi). İranın Avropa ölkələrinin sənaye malları üçün satış bazarına çevrilməsi sosial ziddiyyətlərin daha da kəskinləşdirdi və anti-feodal Babi üsyanlarına (1848-1852) səbəb oldu. Feodal mülkədar dairələri böhrandan çıxış rolunu mərkəzi hakimiyyəti və dövlətin müstəqilliyini möhkəmlətməkdə və bir-sıra islahatlar keçirilməsində görürdülər. Mirzə Tağı xanın (Əmir Nizam) islahatları (XIX ortalarında) nəticəsində iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən irəliləyiş oldu. XIX sonu-XX əvvəllərində İran imperialist dövlətlərin (Böyük Britaniya, Rusiya) yarımmüstəmləkəsinə çevrilmişdir. XIX əsrin sonundan milli şüur inkişaf edir, burja-millətçilik ideyaları yayılır, (Mülküm xan, Ə.Talıbov, Zeynalabdin Marağayi, Ağaxan Kirmani və b.) burjua tələbləri irəli sürən gizli cəmiyyətlər yaranırdı.

XIX əsrin sonlarından İranda başlayan sənayeləşmə və 1905-1911 İran Konstitusiya İnqilabı Qacarları daha da zəiflətdi. 1919-cu ildə Böyük Britaniya İranda öz protektaratını qurmağa çalışsada alınmadı, nəticədə 1921-ci ildə elit hərbi süvari briqadanın rəhbəri Rza Xan (sonradan Rza Şah) İngiltərə və digər Avropa dövlətlərinin dəstəyi ilə Qacarları devirdi. 1925-ci ildə Məclis onu yeni sülalə-Pəhləvilərin ilk hökmdarı kimi tanıdı. Rza şahın dövründə ifrat Fars milliyətçiliğinə baxmıyaraq, genişmiqyaslı yenilənmələr aparıldı, sənaye inkişafı ölü nöqtədən tərpəndi, yeni dəmiryolları çəkildi, milli təhsil sistemi yalnız Fars dilində təşəkkül tapdı.

İkinci Dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsədə ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovetlər və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeritdilər. SSRİ qoşunları İran Azərbaycanına girdi. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ-arasında olan müqavilə ilə izah etdi (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digər onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət şahı öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkdirdi. SSRİ və Böyük Britaniya qoşunları İran ərazisində 1946-cı ilə kimi qaldılar. Bu qoşunların əsas məqsədi Fars Körfəzi və Xəzər dənizini birləşdirən nəqliyyat yollarını müdafiə etməli idi. Müharibə qurtardıqdan sonra Sovet qoşunlarının bir hissəsi, həmçinin qoşunla birgə getmiş olan azərbaycanlılar İran Azərbaycanında məskunlaşdılar.

1951-ci ildə demokratik millətçi Məhəmməd Musaddıq İranda yaranmış olan vəziyyətə qarşı qalxdı və Baş nazir seçildi. Baş nazir kimi o ölkənin neft sərvətlərinə nəzarəti ələ keçirməyə və Anqlo-İran Neft Kompaniyasını (indiki BP) milliləşdirməyə cəhdi Qərbi narahat etməyə başladı. Mossadıq bununlada İranın "neytrallığını" qorumağa çalışırdı. Bunun cavabında isə Britaniya İrana embarqo qoydu. Tezliklə Amerika Birləşmiş Ştatları-nda Britaniyaya qoşuldu. Nəticədə ölkədə çevriliş oldu- Nazirlər Kabineti qovuldu, Mossadıq həbs edildi. Şah Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın dəstəyi ilə ölkəyə qayıtdı.

Neftdən gələn gəlirlər şaha qısa zamnda hərbi gücü artırmağa və çoxsaylı islahatlar aparmağa şərait yaratdı. Yeni yollar tikildi, limanların geişləndirildi, kəndilərin xeyrinə islahatlar, qadınlara seçki hüququ verildi və s. irəliləyişlər baş verdi.

Şah xarici siyasətdə isə qərbyönümlü siyasət aparırdı. 1960-cı illərin ortalarından başlayaraq şahın müstəqil siyasət aparmaq istəyi qərbin heç xoşuna gəlmədi. Tezliklə qərbdə onun avtoritar idarəetmədə, insan haqlarını pozmaqda ittiham etdilər. 1977-ci ildə Amerika Birləşmiş Ştatları-nda hakimiyyətə gəlmiş olan prezident Karter və onun əhatəsi İrana qarşı zidd mövqe tutmağa və İrana zidd qüvvələrlə yaxınlaşmağa başladı. Bu müddət ərzində isə İran daxilində Ruhullah Musəvi Xomeyni artıq öz ətrafında antişah qüvvələr toplaya bilmişdi. Xomeyni dindar-şiələrin dəstəyinə arxalanırdı. Xomeyni şahın daxili və xarici siyasətini həmçinin aqrar islahatları, qadınlara verilmiş seçki hüququnu tənqid edirdi. Bu fəaliyyətinə görə o 1963 və 1964-cü illərdə həbs edilmiş və ölkə xaricinə çıxardılımışdır. Sonrakı fəaliyyətini İraqda davam etdirən Xomeyni burada da İrandaxili qüvvələrlə əlaqə saxlayırdı. 1978-ci ilə kimi şah rejimi ölkədaxili vəziyyəti gizli polisin hesabına qoruyub saxlaya bilirdi. Bu vaxta qədər ölkə ərazisini antişah nümayişləri bürüdü. Bu aktivlik təkcə Xomeyni və onun tərəfdarlarından gəlmirdi. İran mucahidləri və İran fədailəri təşkilatları da bu işdə SSRİ, Fələstin Azadlıq Təşkilatı və radikal ərəb rejimlərinin dəstəyi ilə fəal iştirak edirdilər. İqtisadiyyat sarsılmışdı. Tezliklə nümayişkarlara qarşı qoyulmuş ordu 1979-cu il fevralın 11-də öz neytrallığını elan etdi, bununlada Pəhləvilərin taleyi həll edildi.

Müasir İran

İrana qayıtmış Xomeyni dini və siyasi rəhbər kimi qarşılandı. Müvəqqəti hökumətin lideri Mehdi Bazarqanın iştirakı ilə 15 nəfərdən ibarət İslam İnqilabı Şurası yaradıldı. 1979-cu ilin 1 aprelində ölkə İran İslam Respublikası, daha sonra isə Xomeyni ömürlük lider elan edildi.

Yorum ekle


Güvenlik kodu
Yenile