Azərbaycan Dövlət Filarmoniyası
Description
Azərbaycan Dövlət Filarmoniyası
Bakıda konsert kompleksi. Filarmoniya binası 1910-1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə, 25 may 1936-cı ildə yaradılmışdır.
Memarlıq xüsusiyyətləri
Palladiya ruhunda İtaliya intibahı, memarın layihəsini işlədiyi tikilinin obrazlı həllinə son dərəcə yaxşı uyğun gəlirdi. Bu həll, memarlıq-planlaşdırma ideyasını, tikili üçün ayırılan torpaq sahəsinin yeri – yerin uduşlu relyefini və iqlim xüsusiyyətlərini əvvəlcədən müəyyən edirdi. İctimai məclisin layihəsində koloritli və ifadəli (binanın aid olduğu mövzuya uyğun olaraq) kompozisiya yaradılmışdı. İşıq və kölgə oyunlarının böyük kütlələri ifadə etmək üçün vasitə kimi istifadə edildiyi, terras və verandalarla zəngin bina İntibah dövrü İtaliya villalarını xatırladır.Künc sahəsi, binanın kompozisiyasında, simmetriya üsulunu saxlamaqla planlaşdırma həllinin seçimini qabaqcadan müəyyən etmişdi. Plan artıq keçid və dəhlizlər olmadan, aydın və sadə şəkildə təfsir edilmişdi. Bütün əsas divarlar bir-biri ilə əlaqəlidir və vahid konstruktiv sxem təşkil edir. Filarmoniyanın qalan bütün otaqlarının birləşdiryi planda ellips şəkilli zal memarlıq-planlaşdırma kompozisiyasının mərkəzidir.Bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib. Cənub tərəfdən o, klassik orderləri istifdə etməklə incə və zərif şəkildə ayrın göstərilmiş təntənəli çoxyaruslu kompozisiya kimi qəbul edilir. Əsas həcm memarlıq kütlələrinin artan ritmik özəyi üzərində - yan qanadlardan mərkəzə doğru inşa edilib. Bütün həcmli-məkan quruluşu dekorativ fənərlə birgə günbəz və minarə üslublu cinahlardan çıxan düzgün quruluşlu qüllələr tamamlayıb.Fasad mövzusunun inkişafını davam edən dekorativ işləmələr interyerin həllini maraqlı edir. Bu binada memarlığın xarici və daxili vahidliyini pozan eklektikaya yer verilməmişdir. İnteryerlərdə proporsiyaların təmizliyinin, formaların gözəlliyinin və bütövlüyünün həmahəngliyini açan, memarlıq düşüncəsinin məntiqinə birlikdə tabe edilmiş, İtalyan intibahının ən gözəl anlamında yalnız stilizasiya mövcuddur.
Yorum ekle