Nizami Gəncəvi muzeyi
Cultural
Description
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi:
elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. Azərbaycan şairi Nizami Gəncəvinin adınadır. AMEA-nın tərkibindədir. Bakıdadır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur[2]. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Tarixi
Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi Ev-muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Sonradan Nizami muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir. 2004-2009-ci illərdə təmir və restovrasiya olunmuşdur.
Muzeyin yaradılması
Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman - 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən - o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi. Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid, Salman Mümtaz, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal kimi tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanmışdır. Muzey mütəmadi olaraq müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet və bələdçilər nəşr etdirir.Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları, elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir.Muzeyin direktoru akademik Rafael Hüseynovdur.
Yorum ekle