Qız qalası
Cultural
Description
Qız qalası
Hündürlüyü 32 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yоlu оnun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində оlan tağlı qapı yeridir.Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.Son illərdə Qız qalasında və onun ətrafndakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır.
Xaricdə tanınması
2015-ci ilin fevral ayında Yaponiyanın Hokkaydo adasında rəsmi açılışı olan 66-cı Sapporo qar fiqurları festivalında Azərbaycan qardan düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları ilə təmsil olunmuşdu. Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 207 heykəl nümayiş etdirilir. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən düzəldilib.Azərbaycanı festivalda ilk dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təşəbbüsü ilə düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları təmsil edilmişdi. Festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan çox insan ziyarət edir
Yorum ekle