Ramana Qalası
Cultural
Description
Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.
Ramana qalası filmlərin çəkilişində
Ramana qalasından "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1950-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.
Memarlıq xüsusiyyətləri
Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə, burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş oturacaqisə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür.Ramana kəndindəki qəsr, Mərdəkandakı qəsri ilə eyni olaraq, başqa təbii şəraitdə - qayalıqda yerləşir. Divarların xarici çərçivəsinin düzgün olmayan çoxbucaqlı şəklində olması relyefin yuxarı meydançasının konturu ilə müəyyən edilmişdir. Möhkəm qala divarları sanki qayalı yamacların təbii davamıdır. Yalnız nisbətən asanlıqla yaxınlaşmaq mümkün olan şərq hissəsindəki divar müstəvilərində oxvari açırımla çapılmış baştağ qabarıq şəkildə görünür.Qəsrin divarları üzərində bucaqları Mərdəkan qəsrinin donjonunda olduğu kimi, üççərəkli qülləciklərlə gücləndirilmiş donjonun düzbucaqlı planlı həcmi ucalır. Qəsrə və donjona aparan qarşı-qarşıya qoyulmuş girişlər müdafiə üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edirdi. Lakin Abşeronun digər qəsrlərindən fərqli olaraq, bu qəsrdə divarlardakı dolama pilləkənlərə giriş hündürdə deyil, döşəmə səviyyəsində yerləşdirilmişdir. Donjonun daxili yerləşgələri Mərdəkan qəsrininki ilə eynidir. Yarusların bütün divarlarında nişangahlar açılmışdır.Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri ilə olduqca oxşardır. Lakin o, özünün memarlıq kütləsinin daha mənzərəli kompozisiyası ilə onlardan fərqlənir. Bu onun yerləşdiyi relyefinin xüsusiyyətlərindər irəli gəlir. Qəsr dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə əsasən X əsrin ortalarına aid edilir.
Yorum ekle