Quba şəhəri
information
description
Quba
Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir.Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar.Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar, qəsəbənin hər yerində təmtəraqlı imarətlər ucaldılmışdır.
Tarixi
Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX-X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372-1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir.XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi".Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı. S. Aşurbəyli belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir. Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: "Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır". Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə adlandırmışlar.Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan kəndinin adını çəkir. Burada Qavad adına yer, şəhər və s.bildirən "an" suffiksi artırılmışdır. Ola bilər ki, bu elə həmin Firuz Qubad Qubanın qədim adıdır.XVIII-ci əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.2012-ci il martın 1-də Qubada baş vermiş etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının youtube saytına yerləşdirilməsi səbəb olub. Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən bir neçə min sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı insanlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Polis gözyaşardıcı qazdan istifadə edib. Deputat Vahid Əhmədovun vasitəçiliyi etirazları səngidib və icra başçısının vəzifədən azad edilməsi barədə rəsmilərin bəyanatı insanların evlərinə dağılmasına səbəb olub.
Tarixi abidələri
Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid vardır.
Yorum ekle